ABŞ Ukraynaya yeni səfir təyin etməkdən imtina edir
18.05.2019
ABŞ Ukraynada fəaliyyət müddəti bitən səfiri Mari Yovanoviçin yerinə yeni səfir təyin etməyi hələ planlaşdırmır.
Bu məlumatı "DT.ua” saytı öz mənbələrinə istinadən yayıb.
Yovanoviçin səlahiyyətlərini Vaşinqtonun 2006-2009-cu illərdə Kiyev səfiri olmuş Uilyam Teylora həvalə ediləcəyi vurğulanıb. Teylorun ABŞ-ın Ukraynadakı Səfirliyində müvəqqəti işlər vəkili olaraq çalışacağı bildirilib. Sayt ABŞ-ın ölkəyə yeni səfiri 2020-ci ildə ABŞ-da baş tutacaq prezident seçkisindən sonra göndərəcəyini iddia edib.