Avropa Komissiyasının sədri Jan-Klod Yunker Petro Poroşenkonun Ukrayna Prezidenti postundan getməsinə görə ağlayıb.
Bu barədə Ukrayna liderinin administrasiyasının keçmiş rəhbəri Konstantin Yeliseyev "Pryamoy” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, bu hadisə Brüsselə işgüzar səfər zamanı baş verib. Yunker Poroşenkonu öz kabinetinə dəvət edib:
"O, çox duyğulu idi, düzünü desəm, o, hətta ağlamağa başladı. Həm də kədərləndi. Dedi ki, beş ildir demək olar, doğmalaşıblar”.
Petro Poroşenko və Jan-Klod Yunker mayın 13-14-də Şərq Tərəfdaşlığı Proqramının yubiley tədbirində görüşüb.