"Zidan mənim üçün böyük qardaşdır" - Benzema
18.05.2019
"Real"ın futbolçusu Kərim Benzema baş məşqçisi Zinəddin Zidanla münasibətlərindən danışıb.
Fransalı hücumçu "Marca"ya açıqlamasında həmyerlisi ilə bir ailənin üzvü kimi yaxın olduğunu bildirib:
"Bütün bunlar çoxdan başlayıb. Mən onunla hələ məşqçiliyə başlamamışdan əvvəl tanış idim. Münasibətlərimiz dostluqdan da artıqdır. O, mənim ailəmin bir üzvü kimidir. Zidan mənim üçün böyük qardaşdır. Mənə çox kömək edib".
Qeyd edək ki, Zidanan "Real"a qayıdışından sonra daha çox meydana çıxan Benzema bu mövsüm 52 oyuna 30 qol vurub, 11 məhsuldar ötürmə edib.