NATO-nun eks-baş katibi QOVULDU
18.05.2019
Ukrayna Prezidenti Pyotr Poroşenko NATO-nun keçmiş baş katibi Anders Foq Rasmusseni özünün ştatdankənar məsləhətçisi vəzifəsindən uzaqlaşdırıb.
Bu məlumatı Poroşenkonun mətbuat xidməti yayıb. Rasmussenlə bərabər Poroşenko Viktor Korolya, Sergey Kvita, Mariya Qaydar kimi məsləhətçilərini, eləcə də özünün mətbuat katibi Svyatoslav Çeqolko və prezidentin Radadakı rəsmi nümayəndəsi İrina Luçenkonu da vəzifəsindən azad edib.