PKK polislərə hücum etdi: ŞƏHİD VAR
18.05.2019
Türkiyənin Şanlıurfa vilayətində atışma olub.
Şanlıurfanın Halfeti mahalında terrorçular xüsusi təyinatlı polislərə atəş açıblar.
Nəticədə iki polis əməkdaşı yaralanıb, biri isə həlak olub.
Yaralılar Şanlıurfa dövlət xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti barədə məlumat yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.