Rusiyanı necə parçalamaq olar? - HESABAT
18.05.2019
ABŞ-ın RAND analitik mərkəzi Rusiyanın parçalanmasına dair hesabat yayımlayıb.
Yeni hesabat "Rusiyada ifrat gərginlik: sərfəli mövqelərdə rəqabət” adlandırılıb.
Hesabata əsasən, Rusiyanın parçalanması üçün keçmiş SSRİ respublikalarında konfliktlər yaradılmalı, Suriyadakı terrorçulara dəstək verilməli və Rusiyanı silahlanma yarışına cəlb etmək lazımdır.
Bundan başqa, mərkəz Rusiyaya zərbə vurulması üçün onun daxildən parçalamaq, müxalif qüvvələr və KİV-ə inqilab üçün dəstək verilməsi gərəkdiyi bildirilib.