İstanbulda kütləvi HƏBSLƏR
17.05.2019
İstanbulda FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində daha bir əməliyyat keçirilib.
Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 48 hərbçi saxlanılıb.
Saxlanılanlardan 10 nəfərin istefada olan zabit olduğu bildirilir.
Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.
Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.