Adnanın həbsxanadan yayılan FOTOSU
17.05.2019
Türkiyədə "Adnan xoca" çağrılan, Harun Yəhya imzası ilə kitabları dərc olunan, islamı özünəməxsus şəkildə təlim edən ilahiyyatçı Adnan Oktarın həbsxanadan yayılmış yeni fotosu təəccüb doğurub.
Adnan Oktarın kökəldiyi və saçlarını boyadığı məlum olub.
Bir çox cinayətlərdə, o cümlədən əxlaqsızlıqda günahlandıralan, axtarış zamanı evindən silah və antik əşyalar çıxan Adnan Oktar hazırda Ədirnə qapalı həbsxanasında təkadamlıq kamerada qalır.