Məşhur cütlüyə 7 nəfər qulluq edəcək
16.05.2019
"Arsenal”ın türk əsilli alman futbolçusu Mesut Özillə nişanlısı aktrisa Amine Gülşenin toy planlarının detalları bəlli olub.
Cütlük 7 iyunda İstanbulda lüks nikah mərasimindən dərhal sonra bal ayına çıxacaq.
İngiltərə mediasının xəbərinə görə, cütlük Maldiv adalarına gedəcək. Onlar "Yuventus”un ulduzu Kriştiano Ronaldonun da qonaq olduğu "Anantara Kihavah Maldives Villas”da qalacaqlar. Özil burada qalmaq üçün bir günə 38 min TL xərcləyəcək.
Digər iddiaya görə, cütlük bal ayı üçün Baham adalarını seçə bilər. Onların Karibdə "Royal Towers Bridge Suite” hotelində bir gecəsi 59 min TL olan lüks otaqda qalacağı bildirilir. Burada cütlüyə özəl olaraq 7 nəfərlik xidməti heyət qulluq göstərəcək./publika.az/