Məşhur aktrisamız övladlığa uşaq götürəcək
16.05.2019
"Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım”.
Bu sözləri Türkiyədə yaşayan əməkdar artist, İstanbul Bələdiyyəsi Şəhər Teatrının bədii rəhbər müavini Məlahət Abbasova instaqramda yazıb.
O, övladlığa uşaq götürməyə hazırlaşdığını qeyd edib:
"Müraciət üçün sənədlərim hazırlanır. Övladlarımla danışdım, onlar da razıdırlar. Məncə, həyata bir uşaq qazandırmaq, onların yaralarını sarımaq, onlara dəstək olmaq ən böyük savabdır”.
Qeyd edək ki, türk vətəndaşı ilə evli olan Məlahət Abbasovanın iki övladı var.