Türkiyədən qara xəbər: 6 şəhid var
30.03.2018
Türkiyənin Siirt şəhərinin Eruh mahalında Ormanardı hərbi bazası ərazisində PKK terrorçuları türk əsgərinə hücum edib.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, terrorçuların qəfil hücumu zamanı 5 əsgər şəhid olub, daha 7-si yaralanıb.
Qeyd edək ki, ötən gün Diyarbəkirdə də terrorçular türk əsgərinə hücum etmişdilər. Nəticədə 6 hərbçi yaralanmışdı.