ABŞ-dan İraqı tərk etmək qərarı
15.05.2019
ABŞ Dövlət Departamenti İraqdan ABŞ dövlət işçilərinin çıxarılması barədə qərar qəbul edib.
ABŞ-ın İraqdakı səfirliyinin məlumatına görə, Dövlət Departamentinin tapşırığının operativ xidmətlərin işçilərinə aid olmayacağı vurğulanıb.
Bununla bərabər, ABŞ-ın İraqdakı səfirliyi müvəqqəti olaraq İraqda viza verilişini dayandırıb. Səfirlik niyə belə qərarın verildiyini açıqlamayıb. Məlumat üçün bildirək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir.