Aleksandr Səmədov karyerasına son qoyur
15.05.2019
Rusiyanın "Krılya Sovetov” klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov futbolçu karyerasına son qoymaq qərarına gəlib.
Bu barədə futbolçu TASS-a müsahibəsində deyib.
"Mən hələ bilmirəm klubla müqaviləmi uzadacam, ya yox. Mənin burda hər şey xoşuma gəlirdi. Görək bundan sonra nə olacaq. Hazırda mən müalicə almaq istəyirəm”, - 34 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, ötən il keçirilən Dünya çempionatından sonra Səmədov Rusiya millisindən getdiyini açıqlamışdı.