ABŞ-ın prioritetləri sırasında Ermənistan yoxdur
15.05.2019
ABŞ ümid edirdi ki, Ermənistanda baş verənlər Ermənistan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək.
Bunu "Tert.am”a açıqlamasında Amerika Tədqiqatları Erməni Mərkəzinin direktoru Suren Sərkisyan deyib. Onun sözlərinə görə, iki ölkənin münasibətlərində açılan pəncərə artıq qapadılıb.
O qeyd edib ki, ABŞ-la münasibətlərə təsir edən məqamlardan biri də Paşinyanın özünü ABŞ-ı ən çox tənqid edən lider adlandırmasıdır.
Sərkisyan həmçinin yaxın gələcəkdə Tramp-Paşinyan görüşünün baş tutmayacağını bildirib.
O, ABŞ-ın prioritetləri sırasında Ermənistanın olmadığını da qeyd edib.