Nikol şəkildə yoxa çıxdı – gülünc FOTO
15.05.2019
Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilən sammitdə iştirak edən liderlərin fotosu gülüş doğurub.
Gülüşə səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın fotoda yeri olub. Belə ki, Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna Prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib.
Foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Etirazlardan sonra foto saytdan silinib.
Ermənistanın "Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siyasi tədbirlərdə iştirak etməməsinə reaksiya verdiyini bildirib.
AB-nin mesajının Paşinyana yox, birbaşa Ermənistan dövlətinə və onun xarici siyasətinə ünvanlandığı vurğulanıb.