21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AFFA "Qarabağ"ı cərimələyib

14.05.2019

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Verilən xəbərə görə, "Səbail” – "Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində qonaqların futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
"Sumqayıt” – "Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq klub 800 manat ziyana düşüb.
"Neftçi” – "Qarabağ” görüşündə Ağdam təmsilçisinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 800 manat cərimə kəsilib.