Fars körfəzinə hərbi gəmi göndərildi
14.05.2019
İspaniya ABŞ və İran arasında artan gərginlik fonunda "Mendes Nunyes” freqatını 215 nəfərlik heyətilə birlikdə Fars körfəzinə göndərib.
Bu barədə "El Pais” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, qərar İspaniyanın Müdafiə naziri Marqarita Robles tərəfindən verilib.
Hərbi gəmi Fars körfəzinə daxil olaraq ABŞ-ın "Avraam Linkoln” təyyarədaşıyan gəmisinin zərbə qrupunun tərkibinə birləşəcək.