14:15:23 08 04 2025-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Toğrul güləşə qayıtdı

14.05.2019

Olimpiya çempionumuz Toğrul Əsgərov müəyyən aradan sonra sərbəst güləş karyerasını bərpa edib.
O, bunu açıqlamasında özü təsdiqləyib.
"Artıq şəxsi problemlərim geridə qaldı. Komandaya qoşulmuşam. Özümü 73 kq çəki dərəcəsində sınamağı düşünürəm. Ola bilsin ki, gələn ay Minskdəki Avropa Oyunlarında qayıdışım rəsmiləşsin. Amma bu, dəqiq deyil. Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcəyəm. İndi bütün diqqətimi güləşə və Olimpiya çempionu olmağa yönəltmişəm”.
O, oktaqonda paylaşdığı şəkillərə də aydınlıq gətirib:
"MMA ilə peşəkar şəkildə məşğul olmaq fikrim yox idi. Sadəcə olaraq, güləşdən aralı qaldığım müddətdə yaxın dostların idman zalında məşq edirdim”.