Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıyıq
14.05.2019
"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlığa böyük önəm verir".
Bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
Azərbaycanla Aİ arasında bir sıra məsələlərin müzakirə olunduğunu vurğulayan Ə. Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır.
"Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq", - Ə. Əhmədov qeyd edib.