Ən yaxşı süd markası hansıdır?
14.05.2019
Rusiya istehsalı olan ən yaxşı qablaşdırılmış süd markası müəyyən edilib.
"Dövran Media" trend-ə istinadən xəbər verir ki, "Roskontrol" Ümumrusiya İstehlakçlar İttifaqının Ekspert Mərkəzi satış şəbəkələrində olan bir neçə süd məhsulları üzərində laborator təhlillər aparıb. Nümunə üçün götürlmüş "Selo Zelenoe", "Aquşa", "Prostokvaşino", "Krasnaya Sena", "Dmitrovski Moloçnıy Zavod", "Çestnoe moloko" məhsulları yağlılığa görə təhlil edilib.
Məlum olub ki, "Dmitrovski Moloçnıy Zavod" məhsulunda təbii süd əvəzinə qida əvəzedicilərindən istifadə edilib və həddindən artıq yağlılıq qeydə alınıb. Digər məhsullar daha münasib qiymətləndirilib, ən yaxşı süd məhsulu isə "Aquşa" seçilib.