Rusiyalı aparıcı eksperti verilişdən qovdu - VİDEO
14.05.2019
Rusiyalı aparıcı Vladimir Solovyov "Kim əleyhinədir?” verilişi zamanı ukraynalı politoloq və yazıçı Vsevolod Nepoqodini studiyadan qovub.
Nepoqodin Böyük Vətən müharibəsi dövründə faşistlər tərəfində döyüşən Stepan Banderanın stalinizmə qarşı mübarizəsinə haqq qazandırıb. Nepoqodin faşistləri "alternativ” adlandırıb.
"Demək, sən mənə deyirsən ki, o adam Hitlerin tərəfində döyüşməkdə haqlıdır, çünki bu, mübarizənin alternatividir? Rədd ol burdan”, - Solovyov sərt reaksiya verib.
Qeyd edək ki, bu, Solovyovun ukraynalı ekspertləri verilişindən qovduğu ilk hadisə deyil.