İmtahanda iştirak etməyən və “qeyri-məqbul” qiymət alanların nəzərinə
14.05.2019
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya "qeyri-məqbul” qiymət alan abituriyentlər bu gün saat 23:59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər və 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linkləri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib) mayın 26-da keçiriləcək Azərbaycan dili fənnindən ikinci imtahanda iştirak etməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Azərbaycan dili fənni üzrə ikinci imtahan mayın 26-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Mayın 5-də keçirilən imtahanda iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin IX və XI sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.