ABŞ-ın döyüş təyyarələri havaya qalxdı
14.05.2019
ABŞ Hərbi Hava Qüvvələrinin F-15 və F-35 təyyarələri Bəsrə körfəzinin hava məkanında İrana qarşı kəşfiyyat əməliyyatları aparır.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Bill Urban danışıb.
Mətbuat katibi bildirib ki, döyüş təyyarələri ABŞ qüvvələrini və mənfəətini ən yaxşı formada müdafiə etmək üçün körfəzə göndərilib: "Bu, bir güc göstərişi deyil, hücum niyyətindən qorunmaq məqsədi daşıyır”.
Qeyd edək ki, ABŞ ötən həftə İrandan gələ biləcək təhdidlərə qarşı tədbir görmək məqsədilə "USS Abraham Lincoln" təyyarə gəmisi ilə 4 nüvə potensiallı B-52 bombardman təyyarələrini körfəzə göndərmişdi. Pentaqon səbəb kimi İranın bölgədəki ABŞ hərbi qüvvələrinə qarşı hücuma keçmək niyyətini göstərmişdi.