21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çoxuşaqlı ailələr daha az vergi ödəyəcəklər

13.05.2019

Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, 2020-ci ildən çoxuşaqlı ailələr daha az vergi ödəyə biləcəklər.
Nəzərdə tutulan dəyişikliyə görə, çoxuşaqlı ailələrin aylıq gəlirinin 23 AHG (aylıq hesab göstəricisi) hissəsindən, başqa sözlə, 58,075 təngə vəsaitdən vergi tutulmayacaq. Bu, ailədə valideynlərdən biri işləyirsə, onun gəlirinə aiddir. Əgər hər iki valideyn işləyirsə, onların hər birinin aylıq gəlirinin 12 AHG hissəsi və ya 30,3 təngə vergidən azad ediləcək. Bu güzəşti almaq üçün hər iki valideynin birlikdə illik gəliri 282 AHG-dən (712,5 təngə) artıq olmamalıdır.
Vergi güzəşti təqvim ili üzrə yanvarın 1-dək 4 və daha artıq uşağı olan ailələrə şamil ediləcək.