Ermənistanda Rusiyanın düşməni qubernator oldu
13.05.2019
Ermənistanda ötən il Araqatsotn vilayətinin qubernatoru təyin olunmuş David Gevorqyanın bir neçə il əvvəl etiraz aksiyası zamanı Rusiya bayrağımı tapdaladığı məlum olub.
D.Gevorqyan dörd il əvvəl Rusiya səfirliyi qarşısında etiraz aksiyasında iştirak edib.Etirazçılar Rusiya bayrağını yandırmaq istəsələr də, polis bu addıma imkan verməyib və bu zaman indiki qubernator bayrağı tapdalayıb.
Ermənistan parlamentində müxalif "İşıqlı Ermənistan” partiyasının deputatı Edmon Marukyan hökumətdən bu şəxsin qubernator təyin olunması ilə bağlı izahat tələb edib.