Cənubi Koreyada partlayış - ölənlər var
13.05.2019
Cənubi Koreyanın Çeçhon şəhərində mobil telefon zavodunda partlayış baş verib.
Verilən məlumata görə, hadisə nəticəsində azı 1 nəfərin həlak olduğu bildirilir. Daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qeyd olunur ki, konveyerdə baş verən partlayış yanğına səbəb olub. Lakin qısa müddət ərzində yanğının qarşısı alınıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.