11-ci sinifdə oxuyan qız itkin düşdü
13.05.2019
Bakıda 17 yaşlı qız itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Nizami rayonu, Rüstəmov küçəsi 44 ünvanında yaşayan, 2002-ci il təvəllüdlü Əmirova Aytac Bəhlul qızı mayın 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı polis araşdırmalara başlayıb.