"Fani" qurbanlarının sayı artır
13.05.2019
Hindistanda ayın əvvəlindən tuğyan etməyə başlayan "Fani" qasırğasının qurbanlarının sayı hələ də artmaqdadır.
Orissa ştatında ölənlərin sayı 64 nəfərə çatıb. Puri sahil şəhərində isə xilasedicilər daha 18 meyit aşkar ediblər.
Xəsarət alanların sayı isə yüzlərlə qeyd edilir.
İlkin məlumata əsasən, siklonun məhv etdiyi infrastrukturun bərpasına 173 min dollardan artıq vəsait tələb olunur.