Muammer Aydın namizədliyini geri götürüb
12.05.2019
Bələdiyyə sədrliyinə namizəd Muammer Aydın İstanbulda keçiriləcək səsvermədə iştirak etməyəcək
Türkiyənin İstanbul şəhərində iyunun 23-də keçiriləcək bələdiyyə seçkilərində Demokratik Sol Partiyasından sədrliyə namizəd Muammer Aydın iştirak etməyəcək.
Bu barədə sosial şəbəkə hesabında məlumat verən M.Aydın qərarın şəxsi istəyi olduğunu və namizədliyini geri götürdüyünü bildirib.