Dövlət Baxçalı: "Dənizin dibi bu gün boş danışanların dədələri ilə doludur" +VİDEO
29.03.2018
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyənin əsas güc partiyalarından biri olan MHP-nin sədri Dövlət Baxçalı, parlamentdəki qrup toplantısında çıxış edərkən deyib.
Baxçalı, Yunanıstanın Baş Naziri Çiprasın "Ege" dənizində isti hərəkətlər edənlər öz ayağına atəş açar" sözlərinə reaksiya verərək, "Bu zat səbrimizi test etməyə çalışır. Türkiyəyə əl altından dəyənək göstərməyə cürət etmişdir. Dənizin dibi bu gün boş danışanların dədələriylə dolub daşmaqdadır" deyərək keçmişi xatırladıb.