21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakıda beynəlxalq konfrans keçiriləcək

11.05.2019

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.
Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından Azərtac-a bildirilib ki, konfransda qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyində heyvanların identifikasiya sistemi, HACCP (risk təhlili analizi və kritik nöqtələrə nəzarət) sisteminin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən tətbiqi, Kodeks Alimentarius standartları və digər məsələlər üzrə yerli, xarici dövlət qurumlarının, özəl şirkətlərin, qeyri-hökumət təşkilatlarının, assosiasiyaların, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.