Tünzalə Əliyevanın vəziyyəti pisləşib
11.05.2019
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.
Aznews.az-a verdiyi xəbərə görə, bir müddət əvvəl onkoloji xəstəlikdən əməliyyat olunan Tünzalə Əliyevanın xəstəliyi metastaz verib. Xəstəlik aktrisanın orqanlarına yayılıb.
Qeyd edək ki , hazırda Tünzalə Əliyeva Milli Onkologiya Mərkəzindədir. Aktrisanın bir müddət əvvəl sağaldığı deyilirdi.