21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistanda ərzaq məhsulları bahalaşır

11.05.2019

Bu ilin aprelində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda unun qiyməti 6,2, çörəyin isə 5,3 faiz artıb
Ən çox qiymət artımı isə toyuq ətində (13,4 faiz) qeydə alınıb. Bu ölkədə mal əti, digər məhsulların da qiyməti əhəmiyyətli dərəcədə artıb. Azərtac-ın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, rəsmi rəqəmləri şərh edən iqtisadçı Suren Parsyan jurnalistlərə müsahibəsində bahalaşma prosesinin davam edəcəyini deyib.
İqtisadçının sözlərinə görə, toyuq ətinin bahalaşmasının səbəbi 2019-cu il yanvarın 1-dən gömrük rüsumlarının 4 faiz artmasıdır. Ermənistan bu məhsula tələbatını ABŞ-dan idxal edilən toyuq budları hesabına ödəyir. Un və çörəyin qiymətlərinin artması isə bu sahədə inhisarçılığın güclənməsi ilə bağlıdır. Digər tərəfdən, bu ölkənin buğdaya olan tələbatı da idxal hesabına təmin edilir. Hazırda Ermənistanda böyük taxıl qıtlığının olduğu bildirilir.
Parsyan qeyd edib ki, Ermənistan hökuməti kənd təsərrüfatının inkişafı ilə ciddi məşğul olmur. Ölkədə bu sahədə həyata keçirilən layihələr də çox risklidir. Kənd Təsərrüfatı Nazirliyinin optimallaşdırılması adı altında onun ləğv olunaraq İqtisadi İnkişaf Nazirliyinə birləşdirilməsi üzrə həyata keçirilən tədbirlər də öz mənfi təsirini göstərir.