21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kralıçanın bu hərəkəti ölkədə naraziılığa səbəb olub

11.05.2019

İngiltərə kraliçası II Yelizavetanın Bəhreyn kralı Həmid ibn İsa Əl Xəlifəni ənənəvi "Vindzor Kral At Yarışı"na dəvət etməsi ölkədə narazılığa səbəb olub.
Xəbər verildiyi kimi, "The Guardian" nəşrinin məlumatına görə, İngiltərənin Silah Ticarətinə qarşı Mübarizə platformasının meneceri Endryu Smis Bəhreyndə rejimin müxalifətə təzyiqini əsas gətirərək kraliça ilə kral arasındakı görüşün utancverici olduğunu bildirib.
O, İngiltərənin 2011-ci ildən bugünə qədər Bəhreynə 100 milyon sterlinq dəyərində silah satdığını xatırladaraq Britaniyanın bu ölkədəki rejimi deyil, həbsxanada olan müxalifət lideri Həsən Müşeyma kimi insanları dəstəkləməsinin vacibliyini qeyd edib.
Müxalif liderin oğlu Əli Muşeyma da qəzetdə qələmə aldığı yazıda bildirib: "Bəhreyn həbsxanaları siyasi dustaqlarla dolub-daşır. Kral ingilis zadəganlarla ictimai tədbirlərdə iştirak edərkən yaşlı atam Bəhreyndə bir hücrədə əziyyət çəkir. Ciddi xəstəlikləri var, lakin müalicə alımasına mane olurlar".
Bəhreyn Xalqlar və Demokratiya İnstitutunun müdiri Seyid Əhməd Əl Vadayi qəzetə açıqlamasında İngiltərənin Bəhreynə göstərdiyi dəstəyi sərt şəkildə tənqid edərək iki ölkə arasında "zəhərli əlaqə"yə son qoyulması ilə bağlı çağırış edib.
Bundan başqa, "The Guardian" II Yelizaveta ilə Əl Xəlifə arasında yaxın əlaqə olduğunu, monarxların bir-birinə 2013 və 2017-ci illərdə qarşılıqlı olaraq at hədiyyə etdiklərini yazıb./qafqazinfo/