Milli Məclisin iclasında bu layihələrə baxılacaq
10.05.2019
Azərbaycan Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi məlum olub.
"Report" xəbər verir ki, mayın 17-də keçiriləcək iclasın gündəliyinə 18 məsələ daxildir.
Bunlar "Dövlət rüsumu haqqında", "Telekommunikasiya haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, eləcə də Mülki, İnzibati xətalar məcəllələrinə dəyişiklik layihələridir.
İclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" (üçüncü oxunuş), "Texniki təmizləmə haqqında" (ikinci oxunuş) qanun layihələrinə də baxılacaq.