Bu ölkədə uşaq bağçaları pulsuz olacaq
10.05.2019
Yaponiyada pulsuz uşaq bağçaları fəaliyyətə başlayacaq.
Bununla bağlı Yaponiya parlamentinin yuxarı palatası müvafiq qanun qəbul edib.
Yeni qanuna əsasən, Yaponiyada 3-5 yaşlı bütün uşaqlar üçün bağçalar ödənişsiz olacaq.
Qanun bu ilin oktyabrında qüvvəyə minəcək.
Bundan başqa, azgəlirli ailələrdən uşaqlar üçün ali məktəblərdə təhsilin pulsuz olması barədə qanun da parlament tərəfindən təsdiq edilib. Bu qanun 2020-ci ilin aprelində qüvvəyə minəcək.