İran sərhəddində türk hərbiçilərə hücüm - ölən və yaralanan var
10.05.2019
Türkiyə-İran sərhəddində gərginlik yaşanıb.
Milli.Az-ın Sputnik Türkiyəyə istinadən verdiyi xəbərə görə, Iğdırın Dilucu gömrük məntəqəsində hərbiçilərə hücum edilib.Qumbaralı hücum nəticəsində iki əsgər yaralanıb. Onlar dərhal dövlət xəstəxanasına çatdırılıblar. Hərbiçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.