Con Bolton İranla bağlı məxfi iclas keçirib
10.05.2019
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Mərkəzi Kəşfiyyat İdarəsində yüksək vəzifəli şəxslər, kəşfiyyat əməkdaşları, diplomatlar, o cümlədən hərbi rəislərlə İranla bağlı iclas keçirib.
KİV xəbər verir ki, NBC-nin məlumatına görə, görüş aprelin 29-u yerli vaxtla saat 07:00-da baş tutub.
Televiziya adətən belə iclasların MKİ qərargahında yox, Ağ Evdə keçirilməsiylə bağlı xüsusi qeyd də verib.
Qeyd edək ki, bundan öncə ABŞ İran sahillərinə "Avram Linkoln” təyyarədaşıyan gəmisini göndərib. Dünən isə Qətərə B-52 bombardmançı təyyarələri yerləşdirilib.