21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu gün “Böyük dəbilqə” beynəlxalq turniri start götürür

10.05.2019

"Dövran Media" Azərtac-a iastinadən  xəbər verir ki, üç gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparacaq. Azərbaycan millisi bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunacaq.
Qadınların yarışında ölkəmizi Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (52 kq), Səkinə Zayirova, İçinxorloo Munxtsedev, Larisa Florian (57 kq), Nuriyyə Axundova, Diana Şoronova (63 kq), Günel Həsənli, Aidə Baxışova (70 kq), İrina Kindzerska (78 kq-dan yuxarı) təmsil edəcəklər. Kişilərin mübarizəsində isə Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov (60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev, İsmayıl İbrahimov, İlkin Babazadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Rüfət Məmmədov, Telman Vəliyev (73 kq), Murad Fətiyev, Araş Ağayi, Afiq Səfərli, Hasil Cəfərov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əliömər Tumayev, Əbdülhəqq Rəsullu (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili (100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov, İmran Yusifov (100 kq-dan yuxarı) ölkəmizin idman şərəfini qoruyacaqlar.
"Böyük dəbilqə” turniri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq beynəlxalq yarışın təntənəli açılış mərasimi mayın 10-da keçiriləcək.