Çin ABŞ-ın tarif qərarına müvafiq cavab verəcək
10.05.2019
Çin Amerika Birləşmiş Ştatlarının Çindən idxal olunan 200 milyard dollarlıq bəzi məhsullara tətbiq olunan idxal tariflərinin 25 faizə qaldırmasına müvafiq cavab tədbirləri ilə qarşılıq verəcək.
Bu fikri Dövlət Şurası sədrinin müavini Liu Xının rəhbərliyi altında ABŞ ilə ticarət danışıqlarının 11-ci mərhələsində iştirak etmək üçün Vaşinqtona gələn Çin nümayəndə heyəti bəyan edib.