Yaponiyada iki güclü zəlzələ
10.05.2019
Mayın 10-da Yaponiyanın Kyüşü adası sahillərində təqribən bir saat ərzində iki güclü zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
5,6 bal gücündə birinci güclü zəlzələ yerli vaxtla saat 7:43 dəqiqədə qeydə alınıb. Onun episentrinin Miyazaki şəhərindən 22 kilometr cənubda, ocağının isə 30 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
İkinci 6,3 bal gücündə zəlzələ isə yerli vaxtla saat 8:48 dəqiqədə baş verib. Bu zəlzələnin episentri Miyazaki şəhərindən 39 kilometr şərqdə, ocağı 40 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərəçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.