NATO-nun heyəti Türkiyədə
08.05.2019
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ilə bilikdə ölkənin ən qaynar yerlərindən biri olan Hatay bölgəsinə gedib.
NATO-nun baş katibinin rəhbərliyi ilə səfər etmiş Alyansın heyəti valilikdə, Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) regional idarəsində olub.
Toplantıda "Türkiyənin timsalında bölgədəki təhdidlər", "Türkiyənin qarşılaşdığı qaçqınlar problemi", həmçinin "Zeytun budağı" və "Fərat qalxanı" antiterror əməliyyatından sonra vətəndaşların öz yurdlarına qayıdışı mövzusunda məsələlər müzakirə edilib.
Qeyd edək ki, Hatay terrorçu qruplaşmaların ən çox hücumuna məruz qaldığı bölgələrdən biridir.