ABŞ-da azərbaycanlı öldürüldü - VİDEO
08.05.2019
ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda azərbaycanlının evinə silahlı basqın olub.
İnsident yerli vaxtla axşam 22:00 radələrində Birçvud küçəsində baş verib.
Polisin məlumatına görə, 37 yaşlı bank işçisi Nail Salamov naməlum şəxslər tərəfindən güllələnib.
Silahlılar onun yataq otağına daxil olaraq qol nayihəsindən güllələyiblər. Hadisə vaxtı evdə onun 8 və 10 yaşlı uşaqları olub.
Xəstəxanaya çatdırılan Salamov qan itkisindən dünyasını dəyişib.