Rusiya bu qablardan imtina edəcək
07.05.2019
Rusiya birdəfəlik plastik qabların istifadəsindən imtina edəcək.
KİV-in məlumatına görə, bu barədə Rusiya Ekologiya Nazirliyinin rəhbəri Dmitriy Kobılkin danışıb.
Nazir bildirib ki, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün plastik materiallardan hazırlanan məhsullardan istifadənin qadağan edilməsi zəruridir.
Məsələ ilə bağlı əhali arasında da sorğu keçirilib. Nəticələrə əsasən, xalqın 71%-i plastik qablardan imtina etməyə hazırdır.