21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dr.Günay İsmaylova TƏQDİM EDİR: Meteorizm (köp)

06.05.2019

Meteorizm(köp) bağırsaqlarda artıq miqdarda qazların toplanmasıdır.

Bağırsaqlarda qazların toplanmasının müxtəlif səbəbləri ola bilər.Meteorizm
böyüklərdə olduğu kimi, yenidoğulmuş uşaqlarda da rast gəlinir.Bunun səbəbi isə
orqanizmdə həzm fermentlərinin ifrazının tam və ya qismən pozulmasıdır.
Ferment çatışmazlığı zamanı qəbul olunan qida tam həzm olunmur və həzm
olunmamış qida qalıqları mədə-bağırsaq traktının aşağı hissələrinə keçərək qıcqırır
və çürüyür.Nəticədə qazlar xaric olunur.
Meteorizmin daha bir səbəbi isə yoğun bağırsağın disbiozudur. Normada bağırsaq
mikroflorasına daxil olan mikroorqanizmlər qaz əmələgəlmə prosesinin qarşısını
alır. Lakin artıq miqdarda qida qəbul etdikdə və bağırsaqlarda bakteriyaların
miqdarı azaldıqda köp inkişaf edir.
Bəzi qida məhsulları və içkilər bilavasitə qarında qaz toplanmasına səbəb
olurlar.Bunlara qazlı içkiləri, qoyun ətini, kvas və s. misal göstərmək olar.
Həzm sistemi orqanlarının fəaliyyətinin pozulması da motorikanın pisləşməsinə
səbəb ola bilər. Bu daha çox cərrahi əməliyyatdan sonra müşahidə olunur.
Bağırsaqlarda nəcis kütlələrinin ləngiməsi də çürümə prosesinə təkan verə bilər.

Meteorizmin (köp) simptomları
Meteorizmin əsas əlamətləri qarında şişkinlik və ağırlıq hissidir. Bəzən köp
qarında dözülməz tutmaşəkilli ağrılarla da özünü göstərir və qazlar xaric
olunduqdan, gəyirmədən dərhal sonra ağrı keçir. Tez-tez baş ağrıları, döş sümüyü
arxasında və epiqastral nahiyədə ağrılar da müşahidə olunur.
Meteorizm insan üçün həm də sosial problemdir, çünki bu zaman insanlarda
gəyirmə,qarında gurultulu səslər, tez-tez pis qoxu və səslə müşayiət olunan qaz
buraxma halları baş verir. Bu isə öz növbəsində insanlar arasındakı münasibəti
korlayır , əmək qabiliyyətini azaldır, emosional gərginlik,hətta stress belə yaradır.
Xaric olan qazın tərkibi fərqli olur və qəbul olunan qidadan asılı olaraq dəyişir. Bir
qayda olaraq, bu qazların tərkində azot, ammonyak,kardon dioksid və hidrogen
qazları olur.Xoşagəlməz qoxu isə skatol (hidrogen sulfid və triptofanın parçalanma
məhsulu) adlanan maddənin çoxlu miqdarda olmasına görə yaranır.

Meteorizm (köp) hansı xəstəliklərin əlaməti ola bilər
- Bağırsaq disbakteriozu;
- Mədə-bağırsaq traktı xəstəlikləri (pankreatit, enterit, kolit, qaraciyər sirrozu);
- Kəskin bağırsaq infeksiyaları;
- Bağırsaq parazitləri (helmintoz);
- Qazların xaric olunmasının pozulması halları :
-  bağırsaq keçməməzliyi;
- peritonit nəticəsində bağırsağın atoniyası;
- nevroz;
- bağırsağın digər iltihabi xəstəlikləri.
Qida qəbulu və ya danışıq zamanı havanın udulması (aerofagiya) nəticəsində də
köp əmələ gələ bilər.
Karbihodratlarla zəngin aşağıdakı qidaların qəbulu zamanı bağırsaqlarda qazın
miqdarı əhəmiyyətli dərəcədə artır:
- Qaz əmələ gətirən məhsullar (paxlalılar, kələm, turp, alma, qazlı sular);
-  Qıcqırma yaradan məhsullar (qara çörək, kvas, pivə, göbələk);
- Laktoza tolerantlığı zamanı istifadə olunan süd məhsulları. 

Meteorizmin (köp) müalicəsi
Düzgün müalicə taktikasını seçmək üçün ilk növbədə köp əmələ gətirən səbəb
aydınlaşdırılmalıdır.Bunun üçün mədə-bağırsaq yolu müayinə olunmalıdır.
Meteorizmin müalicəsinin bir neçə prinsipi vardır:
1. Meteorizmi yaradan səbəb və ya səbəblərin müəyyən olunması.
2. Meteorizmin inkişafına təkan verən səbəblərin aradan qaldırılması
3. Meteorizmin təkrar əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə qidalanmanın
korreksiyası .
4. Bağırsağın normal funksiyasının bərpası .
5. Ağız boşluğu, mədə və bağırsaq patologiyalarını aradan qaldırılması.
6. Qaz əmələ gətirən məhsulların istifadəsinin məhdudlaşdırılması.

Müalicə zamanı bağırsaqlarda yaranan qazları udan və onları xaric etməyə kömək
edən adsorbentlərdən (aktivləşmiş kömür,smekta,pektinlər və s.) istifadə mühüm
əhəmiyyət daşıyır. Ferment preparatları da köpün aradan qaldırılmasına kömək
edir. Meteorizmin müalicəsində bağırsaq peristaltikasını normallaşdıran
preparatlarda istifadə olunur.