Nigerin paytaxtında faciə - 56 nəfər külə döndü
06.05.2019
Nigerin paytaxtı Niameydə benzin daşıyan maşın partlayıb. Trend-in məlumatına görə, benzin dolu avtomobilin partlaması nəticəsində azı 56 nəfərin öldüyü bildirilir.
Məlumata görə, benzin daşıyan avtomobil aeroport yaxınlığında aşdıqdan sonra ətrafdakı qadın və uşaqlar dağılan benzini sisternlərə doldurarkən partlayış baş verib.
Ölənlərinin sayının artması istisna edilmir. Myitlərin bəzisi yanğından tanınmaz hala düşüb.