SSJ-100 təyyarəsindəki yanğının səbəbi - ilkin versiya
06.05.2019
Rusiya İstintaq Komitəsi SSJ-100 təyyarəsində baş verən yanğınının səbəbi kimi əsas versiyasını açıqlayıb.
Xəbər verildiyi kimi, əsas səbəb olaraq pilotların, dispetçerlərin, həmçinin texniki baxış aparanların "kifayət qədər peşəkar olmamaları” göstərilib.
Təyyarənin hava şəraitinə "təslim olması” da əsəs səbəblər sırasındadır.
Qeyd edək ki, Moskvadan Murmanska uçan təyyarənin elektrik naqillərində ildırım vurandan sonra alışma başladığı və sonradan bütün hava gəmisi bürüdüyü bildirilmişdi.