Ermənilər azərbaycanlı soyadı ilə sığınacaq alırlar
06.05.2019
Son bir ildə Almaniyadan deportasiya edilən Ermənistan vətəndaşlarının sayı artıb.
Bunu Ermənistanda fəaliyyət göstərən "Karitas” Fondunun rəhbəri Armine Yepremyan "Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2019-cu ilin aprelində 50 Ermənistan vətəndaşı Almaniyadan deportasiya edilib və ölkələrinə geri qaytarılıb.
A.Yepremyan bildirib ki, son bir ildə sığınacaq üçün Almaniyaya getmiş 218 erməni ailəsindən 148-i geri qaytarılıb.
Sayt yazıb ki, erməni ailələri Almaniyadan azərbaycanlı soyadı ilə qaçqın statusu almağa cəhd edirlər. Məlumata görə, Almaniyanın Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl "Vormser Zeitung” qəzetinə bildiriblər ki, Ermənistan vətəndaşlarının azərbaycanlı soyadı ilə Almaniyadan sığınacaq almağa çalışmalarına dair faktlar aşkarlayıblar.