İranda əhali təxliyə edildi
06.05.2019
İranın Xuzistan vilayətində Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.
Verilən məlumata görə, yanğının baş verməsinə səbəb kimi təmir işləri zamanı buldozerin boruya toxunması göstərilib.
Yanğına görə yaxınlıqdakı Salehabad kəndinin əhalisi təxliyə edilib.
Hazırda alovun söndürülməsi istiqamətində işlər aparılır.