21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakıda konfrans keçirilir

06.05.2019

Mayın 6-da "Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans işə başlayıb.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə keçirilir. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, müxtəlif biznes sahələrinin 150-dən çox təmsilçisi və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov konfransın keçirilməsinin məqsədi və aparılan islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışdılar. Qeyd olundu ki, konfrans hüquq sahəsində aparılan islahatların biznes ictimaiyyətinin fəaliyyətinə təsirlərinin, özəl sektorun bu istiqamətdə rəy və təkliflərinin nəzərə alınması üçün təşkil olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verdi, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərdə biznesin dövlətin yanında olmasının əhəmiyyətindən bəhs etdi və konfransın bu istiqamətdə vacib addım olduğunu vurğuladı. Gündüz Kərimov qeyd etdi ki, aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına Azərbaycan dövlətinin daim diqqətinin bariz nümunəsidir. Birinci vitse-prezidentin köməkçisi dövlət-biznes əlaqələrinin daha da inkişaf edəcəyinə, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirdi.